|

Hidrogen yanacaqlı velosiped
Çin hidrogenlə işləyən infrastrukturu digər dövlətlərə nisbətən daha tez qura bilər. Amerikanın General Motors şirkəti hidrogen avtomobillərini orada satmağı planlaşdırdığı halda, daha kiçik olan Pearl Hydrogen artıq velosipedlər istehsal edir.Əfsuslar ki, velosipedlər hələ ki, çox bahadır. Amma, firmanın nümayəndələri deyir ki, kütləvi istehsala başlanandan sonra onun qiyməti $2500-dan $500 kimi düşə bilər. Velosiped saatda 15 mil olmaqla 60 mil gedə bilir. Hidrogen yanacağı qurtardıqdan sonra isə onu adi velosiped kimi də sürmək olur. |