Ana Səhifə Blog

ANA SƏHİFƏ

HAQQIMIZDA

MƏQALƏLƏR

AKSİYALAR

XƏBƏRLƏR

ŞƏKİLLƏR

QLOBAL İSTİLƏŞMƏ

MEDİA HAQQIMIZDA

Niyə CO2?

Karbon dioksid (CO2) qlobal istiləşmənin arxasında dayanan ən əsas parnik qazıdır. Faydalı qazıntılar kimi hasil olunan neft, qaz və kömür çoxlu miqdarda atmosferə CO2 ixrac edir və bu da istiliyin artmasına səbəb olur.


Bilirdiniz?
Enerji zavodları və qurğuları evlərimizə işıq və istilik vermək üçün CO2 hasil edirlər. Maşınlarımız və təyyarələrimiz havaya karbon üfürürlər. Beləliklə, əgər enerjini qənaətcil işlətsək, az maşın sürsək, hava uçuşlarından az istifadə etsək, onda CO2-nin iqlimi dəyişdirməsini məhdudlaşdıra bilərik.


Birlikdə, qlobal istiləşməyə qarşı mübarizə apara bilərik

Qlobal istiləşmənin arxasında dayanan cinayətkar CO2-dir. Onu nə qədər az ixrac etsək, bir o qədər də planeti qorumuş olarıq. Hamımız aşağıdakı sadə addımlara əməl etməklə az da olsa yardımçı ola bilərik…

  1. Kompakt fluoresyent işıq lampalarından istifadə edin.
  2. Termostatınızı 2 dərəcədə nizamlayın.
Tanıdıqlarınızla, qohumlarınızla, iş yoldaşlarınzla və ya digərləri ilə razılaşma əldə edin və həftənin günlərini bölərək nəvbə ilə avtomobilinizdən istifadə edin. Hamının maşın sürməsinə ehtiyac yoxdur. Bir avtomobildə 4 nəfər rahat otura bilir

 

1. Ən az yanacaq işlədən avtomobil al və ya hazırkı avtomobilini qənaətcili ilə dəyiş (hər qalon (1 ingilis qalonu = 4.54 litr; 1 ABŞ qalonu = 3.78 litr) yanacağa 32 mil (1 mil = 1609 m) və ya çox);

2. Yaşadığınız yeri istiyə/soyuğa qarşı təcrid edin və hava soyuducunuzun süzgəclərini təmizləyin;

3. Avtomobilinizi evdə qoyun (piyada gəzin, velosiped sürün və ya ictimai nəqliyyatdan istifadə edin);

4. Evinizdə atılacaq şeyləri – çap məhsullarını, kardonları, şüşələri və metalları – təkrar istifadə edin; yaxud təkrar emal yerlərinə verin;

5. Isti su əldə etmək üçün günəş qızdırıcılarından istifadə edin;

6. Közərmə lampalarını fluoresyent lampaları ilə əvəz edin;

7. Birdəfəlik bağlamalarda və paketlərdə olan ərzaq və digər məhsulları yox, təkrar istifadə oluna bilən bağlamalarda və paketlərdə olan məhsulları al;

8. Hazırki ev əşyalarınızı (soyuducu, paltaryuyan maşın, qabyuyan maşın və s.) daha mükəməlləri ilə əvəz edin;

9. Həyətinizin otunu biçmək üçün benzinlə işləyən ot biçəndən yox, elektrik cərəyanı ilə işləyən, yaxud əl ilə hərəkətə gətirilən ot biçən vasitədən istifadə edin;

10. Evinizin ətrafında və hava soyuducunuzun kənarlarında yerli şəraitə dözümlü, quraqlığa davamlı ağac və kollar əkin.

Orta Amerikanlı ildə 9.44 ton CO2 ixrac edir

"Təbiətə bir
toxunuş bütün
dünyanı qohum edir
".

Uilyam Şekspir



Copyright © 2008 Digital Development - mail@didev.org
Müəllif hüquqları Rəqəmsal İnkişaf İçtimai Birliyinə məxsusdur.