Qlobal istiləşmə buzlaqların əriməsinə, daşqınlara, əkin sahələrinin subasmasına səbəb olur. Çayların su rejimi pozulur.
Qlobal istiləşmə qida sektoruna bilavasitə və dolayı yollarla təsir edir. Yerdəki bütün canlılara, yazın gəlişini-oyanışı xəbər verən əsas siqnallardan biri temperaturun artmasıdır. Qlobal istiləşmə zamanı temperatur mövsümü qabaqladığından bitkilər erkən çiçək açaraq vegetasiyaya başlayır. Kəskin gecə-gündüz temperatur qradiyenti, qar, dolu, çiçəkləri və son nəticədə məhsulu məhv edir. Dolayı təsiri isə torpaqların səhralaşması ilə bağlıdır. Torpağın məhsulu su balansı ilə bağlıdır. O, isə düşən yağıntı ilə buxarlanma arasındakı fərq ilə ölçülür. Temperatur artımı buxarlanmanı artırır. Son nəticədə ərazidə səhralaşma prosesi baş verir, bitki örtüyü və bioloji müxtəliflik azalır, torpağın məhsuldarlığı kəskin aşağı düşür. Bütün bunlar sonda ərzaq qıtlığına, qida çatışmazlığa, kənd təsərrüfatının, ölkə iqtisadiyyatının və aqrar sektorun zəifləməsinə səbəb olur
Bununla bağlı hansı görülmüş və zəruri tədbirlər mövcuddur?
Qlobal istiləşmənin qarşısının alınmasının iki çox vacib addım atılmalıdır. Birincisi vacib addım kütləvi yaşıllaşdırma işlərinin aparılması, meşə sahələrinin artırılması və mühafizəsindən ibarətdir. İkinci vacib addım müəssisələrin, xüsusilə sənaye müəssisələrinin ekoloji standartlara ISO standartlarına keçməsi “Azersun Holding” Şirkətlər Qrupu bu sahədə ölkənin ən qabaqcıl və öndə gedən nümunəvi təşkilatlarındandır.
Elman Yusifov - "Ekostil-Azərbaycan" təbiəti mühafizə ictimai birliyinin sədri,
fizika-riyaziyyat elmləri namizədi
Azersun korporativ informasiya jurnali
|