|
Təsərruf etmək ücün nələr etmək olar?
Tərəvəz və meyvələri tək-tək əldə yumaq yerinə bir qabda yuyaraq ilde ortalama 18 ton su qənaəti edə bilərsiniz.
Qapaqsız qabda yemək bişirmeyin. Üç qat daha çox enerji istehlak edərsiniz.
Bir paltaryuyan maşın 176 litr su xərcləyər. Maşınınızı həftədə bir dəfə belə az istifadə etsəniz, ilde 9 ton suyu qurtararsınız.
Hər il 1,5 milyard tək istifadəlik çaxmaq zibilə gedir. Xam neftlə çıxarıldıqları üçün ətrafa zərər verirlər. Çaxmaq yerinə kibrit istifadə edin.
Əgər hər kəs evindəki beş normal lampasını, enerji məhsuldarlığı daha yüksək olan flürasent lampalarla dəyişdirsəydi, bir milyard kiloluq zererli qazı havadan uzaq tutmuş olardıq.
Sifonu gündə bir-iki dəfə çəkməyə çalışın və gündə 17 litr su qənaət etmiş olarsınız.
Dişlərinizi fırçaladığınız zaman kranı bağlayın. Beləcə gündə 19 litr su qənaət edərsiniz.
Bir ton plastik paket təkrar istifadə edildiyi zaman, 11 çəllək benzinə bərabər enerji qənaət edilmiş olar. Bir ton kisə kağızı təkrar istifadə edildiyində, 17 ağacı qurtarmış olarsınız.
Mikrodalğa sobanız təmiz olduğunda enerjini maksimum səviyyədə istifadə edər. Mikrodalğalar, ənənəvi elektrikli sobalara görə 3,5 yerinə 4,8 qat daha məhsuldar enerji istifadə edərlər.
Bir saatdan çox bişəcək yemək üçün sobanı əvvəlcədən istilətməyin. Sobanı kekslər üçün belə, 10 dəqiqədən çox istilətməyin. Bir ildə sobanızın açıq olduğu müddəti bir saat qısalda bilsəniz, iki kilowatt saat enerji qənaət edərsiniz.
Soyuducu mətbəxdə ən çox enerjyi istehlak edən ağ əşyadır. Soyuducunun qapısını açmaq, bir ailənin elektrik fakturasına hər il biraz da pul əlavə edər.
Qab-qacaq maşınınızı işlədərkən ağızına qədər doldurdun. Beləcə hər işlətdiyinizdə 75 litr, ildə isə 28.000 litr su qənaəti təmin edərsiniz. Bu da bir insanın ömürü boyunca içdiyi su miqdarına bərabərdir.
Hər kəs zibilindəki kağız, plastik, şüşə və alüminium maddələri ayırsa, zibil ərazilərinə göndərilən tullantı miqdarı yüzdə 75 azalar. Evdə üç zibil qutusu saxlayın. Biri ev tullantıları, biri kağızlar, biri də şüşələr üçün.
Əgər hər gün atdığınız yemək miqdarını 25 qram azalda bilsəniz (bir dilim çörək qədər), ildə 9 kilo yemək qənaət edərsiniz, bu da aşağı yuxarı 16 paylıq yemək edər.
Duşda 2 dəqiqə daha az qalsanız 38 litr su qənaət edərsiniz. Hər kəs duş alarkən, yalnız 4 litr su qənaət etsə, cəmi miqdar hər gün bir göldən axan təzə su miqdarının iki qatına bərabər olar.
Ozon, 3 oksigen atomundan ibarət olan molekullarıyla zəhərli, rəngsiz bir qazdır və atmosferin üst laylarında iştirak edər... Səmanın mavi rəngdə görünməsi bu qaz sayəsindədir. Maye halda göy rəngə çevrilən ozon qazı, dünyanı günəşdən gələn ultrabənövşəyi radiasiyaya qarşı qoruyur.
Ancaq bu qaz eyni zamanda canlılar üçün çox təhlükəlidir. Gözləri, burnu və boğazı zədələyərək tənəffüs sistemini korlayır. Çox az insan ozonun nə qədər öldürücü olduğunun fərqindədir. Bir qramın iki yüzdə biri miqdarında ozon almaq öldürücü ola bilər. Bir saç spreyi qutusuna saf ozon qoyulduğu düşünüləcək olsa, bu qutunun tam 14.000 adamı öldürə biləcəyi deməkdir...
ozon təbəqəsi
Müxtəlif məqsədlər üçün çıxarılan xloroflorokarbonlar (CFC) ozon təbəqəsini naziltməkdə, bunun nəticəsində ətraf və insan sağlamlığına mənfi təsir göstərir. Ozon molekulları atmosferdə olduqları yerə görə fərqli xarakteristika xüsusiyyətlər göstərə bilərlər. Stratosfer təbəqəsindəki ozon canlılar üçün faydalı olub, buna qarşılıq yer səthinə yaxın atmosfer təbəqəsində (troposferde) olan %10 nisbətindəki ozonun dağıdıcı təsiri var.
Atmosferdəki digər molekullarla reaksiyaya girən ozonun, bitki və heyvanların canlı toxumalarına müxtəlif zərərləri var. Atmosferdəki ozonun təxminən %90-ı yer üzərindən təxminən 10-40 km. arası yüksəklikdə və stratosfer təbəqəsində olur. Bu bölgədəki ozonun xüsusiyyəti; bütün canlı varlıqları, təbii qaynaqları və əkinçilik məhsulları mənfi istiqamətdə təsir edən ultrabənövşəyi (UV) şüalarını udmasıdır. Ozon sıxlığının ultrabənövşəyi şüalarını tutma vəzifəsini edə bilməyəcək qədər azalması, "ozon təbəqəsinin deşilməsi" olaraq adlandırılır. Ozon təbəqəsinin incəlməsi nəticəsində; UB-i radiasiyanın artması və insanların immunitet sistemlərinə zərər verməsi, görmənin zəifləməsinə və dəri xərçənginə gətirib çıxarır.
Ozon təbəqəsinin incelmesine səbəb olan və kloroflorokarbon ehtiva edən maddələrin başında xlor törəmələri, plastik köpüklər (strafor), spreylər, aerasoller və yanğın söndürücülər gəlməkdədir.
|