|
16:40 / 03.03.2009 Sia.az

Birləşmiş Millətlər Təşkilatının (BMT) “İqlim dəyişiklikləri və su” mövzusunda hazırladığı hesabata əsasən, 2025-ci ilə qədər dünyada 2 milyard insan sudan məhrum olacaq, 30 il sonra isə 3 milyard insan istifadə etdiyi su qaynaqlarını itirəcək. SİA-nın məlumatına görə, bu barədə “Rəqəmsal İnkişaf” İctimai Birliyinin (RİİB) iqlim dəyişikliyi ilə bağlı “Yerli resurların inkişafı və ictimai məlumatlılığın artırılması” mövzusunda təşkil olunan müzakirələrdə qeyd olunub.
Təşkilatın sədri Könül Ağayeva bildirib ki, “Rəqəmsal İnkişaf” İB qlobal iqlim dəyişikliyi ilə bağlı cəmiyyəti marifləndirmək üçün yeni (http://climate.didev.org) adlı internet saytı hazırlayıb. K.Ağayeva iqlim dəyişikliyinə qarşı tövsiyyə olunan ən vacib 10 addımı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə bir çox tanınmış ekoloqlar da iştirak ediblər.
Qeyd edək ki, BMT-nın yuxarıda qeyd olunan hesabatına əsasən, qlobal iqlim dəyişikliyi dünyadakı su ehtiyyatlarının tükənməsinə səbəb olur.
2025-ci ilə qədər dünyada 2 milyard insan susuz qalacaq
Dünyada baş verəcək iqlim dəyişikliyinin Azərbaycana da təsirləri olacaq
ANSPRESS
Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişiklikləri və su mövzusunda hazırladığı hesabata görə 2025-ci ilə qədər dünyada 2 milyard insan susuz qalacaq. Dünyada mövcud olan iqlim dəyişkənliyi fəlakət həddindədir. Bu prosses artıq sosial və iqtisadi fəlakətlərə gətirib çıxmaq mərhələsindədir. Rəqəmsal ictimai birliyin iqlim dəyişikliyi mövzusunda keçirdiyi tədbirdə həmçinin qeyd olunub ki, bu dəyişikliyin Azərbaycana fəsadları kifayət qədərdir. Tədbirdə iştirak edən Demokratik İslahatlar Uğrunda içtimai birliyi isə iqlim dəyişikliyi siyasəti üçün bir neçə model təklif edib. Bura ekoloji təmiz yerlərdə insanların məskunlaşdırılması və yaşayış tərzlərinə iqlim dəyişkikliyin az zərər vurması, köhnə avadanlıqların yeniləri ilə əvəz olması kimi variantlar daxildir. İqlim dəyişikliyi ilə bağlı məlumatları daha tez-tez yeniləmək üçün internet saytı da yaradılıb.
|
|
Qrenlandiya adası əriyir
Olaylar.az
Dünən Rəqəmsal İnkişaf İctimai Birliyi iqlim dəyişkənliyi ilə bağlı "Yerli Resursların İnkişafı və İctimai Məlumatlılığın Artırılması" mövzusunda dəyirmi masa keçirdi. Birliyin icraçı direktoru Könül Ağayeva iqlim dəyişikliyi və onun fəsadları haqqında məlumat verdi. Onun sözlərinə görə, BMT tərəfindən hazırlanan "İqlim dəyişiklikləri və su" mövzusunda hesabata görə, 2050-ci ildə dünyada 2 milyard insan sudan məhrum olacaq, 30 ildən sonra da 3 milyard insan istifadə olunan su qaynaqlarını itirəcək. K.Ağayeva hazırda dünya əhalisinin 20 faizinin su çətinliyi ilə üzləşdiyini vurğulayaraq yaxın gələcəkdə bu rəqəmin 25 faizə qədər artacağını dedi. Dünyada baş verən qlobal istiləşmə haqqında danışan K.Ağayev burada əsas diqqəti dünyanın ən böyük adası sayılan və şirin su ehtiyatının böyük əksəriyyətini özündə cəmləyən Qrenlandiya adasının sürətlə əriməsi faktını çəkməyi vacib saydı. Onun sözlərinə görə, Qrenlandiya adası ilə yanaşı digər buzlaqların əriməsi nəticəsində dünya okeanında suyun səviyyəsi qalxır. Azərbaycanda qlobal istiləşmənin fəsadları haqqında danışan K.Ağayeva qlobal istiləşmə nəticəsində gursulu çayların məcrasından çıxacağı, az sulu çayların isə quruyacağını dedi. Onun sözlərinə görə, bunun nəticəsində ölkədə mövcud əkin sahələri sıradan çıxacaq. O, bunun başlıca səbəbi kimi qlobal istiləşməni göstərdi. Rəqəmsal İnkişaf təmsilçisi qlobal istiləşmənin qarşısının alınması üçün 10 vacib şərtə əməl edilməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə, burada ən başlıca şərtlərdən biri avtomobillərdən istifadəni minimuma endirmək, mümkün qədər ictimai nəqliyyatdan istifadə edilməsidir. Bundan başqa yaşıllıqların salınması daha məqsədə uyğundur. "Sağlam Həyat" İctimai Birliyinin nümayəndəsi Sadiq Həsənov və "ELS" Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova qlobal istiləşmə və ümumilikdə ekoloji problemlərin aradan qaldırılması üçün əhali arasında maarifləndirmə işinin aparılmasının vacibliyini vurğuladılar.
|
|