|
2008-ci ildə təbii fəlakətlərdən 236 min adam ölüb
BMT bütün dünyaya 181 milyard dollar ziyan dəydiyini hesablayıb

2008-ci ildə dünyada baş verən təbii fəlakətlər nəticəsində 236 min adam həlak olub. Fəlakət nəticəsində dəyən ziyan isə 181 milyard dollar təşkil edib. Lent.az-ın BMT-nin xəbər xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin fəlakətlərin təhlükəsini azaltma üzrə Beynəlxalq strategiyasının katibliyi məlumat yayıb.
Hesabatda qeyd edilir ki, ötən il milyonlarla adam zəlzələ, qasırğa, fırtına, sel, şiddətli külək və quraqlıq nəticəsində yaralanıb və evini tərk etməyə məcbur olub. Təşkilat vurğulayır ki, 2008-ci ildə daha çox Myanmadakı "Nərgiz" qasırğası ziyan vurub. Həmin qasırğa nəticəsində 138 min adam ölüb, yüz minlərlə adam evsiz-eşiksiz qalıb. Təbii fəlakət nəticəsində Myanmaya 4 milyard dollar ziyan dəyib.
Hesabatda bildirilir ki, təbii fəlakətlər daha çox Asiya ölkələrində baş verib. Çində belə fəlakətlərin sayı 26, Filippində 20, İndoneziyada 16, Hindistanda 10 olub.
Ötən il leysan yağışları və qasırğalardan Mərkəzi və Şərqi Avropa ölkələri də ziyan çəkib. Yağışlar iyul ayında başlayıb, Dnestr və Prut kimi çaylarda suyun səviyyəsinin kəskin artmasına gətirib çıxarıb. Nəticədə Ukrayna, Moldova, Rumıniya, Slovakiya və Macarıstanda sel daşqınları 42 nəfərin ölümünə səbəb olub.
Təhlükə böyük bir sürətlə yaxınlaşır. Nə etməli lazım olduğunu bilirikmi? Və bunu bildiyimiz halda əhəmiyyətsiz hesab edib, çirklətməyə, yox etməyə ara vermədən davammı edirik? Oxuyaq, öyrənək, tətbiq edək.
Yaxınlaşan təhlükəyə qarşı " biz nə edə bilərik?"
Dövlət Olaraq qlobal istiləşməyə qarşı edilə biləcəklər :
* Əvvəlcə Azərbaycanın həqiqi bir istixana qazı dəyərlərini təyin etmək
* Hidrolik enerjidən ən çox faydalanmaq.
* Külək enerjisi, günəş enerjisi, jeotermal enerji və digər yenilənə bilər enerji qaynaqlarını təşviq etmək.
* Boş əraziləri ağaclandırmaq.
* Meşə yanğınlarına nəzarət etmək.
* İstilik stansiyalarında, yaxşı yandırma metodlarını inkişaf etdirmək və keyfiyyətli yanacaq istifadə etmək.
* İstiləşmə məqsədli yanacaqlara nəzarət etmək.
* Xalqı şüurlandırmaq.
* Əkinçilik siyasətini nəzərdən keçirmək.
* Turizm planlamasını yenidən etmək.
Yerli Rəhbərliklərin qlobal istiləşməyə qarşı edə biləcəkləri :
* İqlim dəyişməsinin təsirlərini uşaqlarımız və onların uşaqları daha çox yaşayacaqlar. Bu səbəblə, məktəblərdə iqlim dəyişməsi mövzusunda təlimatçı proqramlar təşkil etmək.
* Enerji və su qənaətini proyektləndirərək tətbiqə əlavə etmək.
* Yeni su qaynaqları və yenilənə bilər enerji qaynaqları tapmaq.
* İstixana qazlarını azaldacaq tədbirləri və yoxlamaları artırmaq.
* İnfrastruktur və məskunlaşma planlamalarında iqlim dəyişməsi təsirlərini göz önünə almaq.
* Böyük şəhərlərə köçü cazibədar haldan çıxartmaq, geri köçü etina etdirmək.
Fərd Olaraq qlobal istiləşməyə qarşı edə biləcəklərimiz
* Evdə ən çox istifadə edilən 5 ampülü ən az enerji istehlak edən cinslərlə dəyişdirmək. 2.5 milyon evdə edilən bu tətbiq ilə 1 ildə 800.000 vasitənin atmosferə verdiyi istixana qazına ekvivalent qənaət etmiş oluruq. Eyni zamanda elektrik fakturamız da aşağı gələcəkdir.
* Evlərdəki 2. televiziyaları təkə endirməliyik. Kondisionerlərin filtrlərini 3 ayda bir dəyişdirməliyik. Çirklənən filtrlər hava axışını yavaşladacağından cihaz daha çox enerji xərcləyəcək.
* Su istifadəsindəki bədxərclik, həm enerji istehlakını, həm də su istehlakını artırmaqdadır. Məsələn, diş təmizliyində və taraş olarkən kranlar mütləq bağlanılmalıdır.
* Tualetlərin sifonları, sızıntılara qarşı nəzərdən keçirilməlidir.
* Əkili hobbi bağçanızı mütləq kiçildin. Sulama tələb etməyən sahələri böyüdün. Az sulama tələb edən bitkilər tikin.
* Vasitənizi xortumla deyil də vedrə su ilə yuyun.
* Evinizdə və işyerinizdə, istifadə etmədiyiniz zamanlarda, TV, radio, kompüter kimi elektronik cihazların çeklərini çəkin.
* Yaz aylarında evinizin günəş tutan pəncərəsinə ağ pərdə tutun və gün boyu bağlı saxlayın.
* Ağac əkin. Hər ağac atmosferdən əhəmiyyətli ölçüdə istixana qazı (CO2) əmər.
* Yaxın məsafələrə gedin. Uzun məsafələr üçün metro və tramvayı seçin.
* İstehlakı azaldın.
* Vasitənizi aşağı sürətdə istifadə edin. "Pul sizin ola bilər amma dünya hamımızın."
* Bunları ən az beş adama izah edin.
|