Ana Səhifə Blog

ANA SƏHİFƏ

HAQQIMIZDA

MƏQALƏLƏR

AKSİYALAR

XƏBƏRLƏR

ŞƏKİLLƏR

QLOBAL İSTİLƏŞMƏ

MEDİA HAQQIMIZDA

Dünya ölkələri üzrə bu problemin qavranılması göstəricisi və qlobal istiləşmənin səbəblərinə dair münasibətlər fərqlidir

Qlobal istiləşmə insanlar üçün daşqınlar, quraqlıq, meşə yanğınları, sunami və epidemiya qədər təhlükə kəsb edən təbiət prosesidir. “ACNielsen” şirkəti 46 ölkədən olan 25 min İnternet istifadəçisi arasında keçirilən sosioloji sorğunun nəticələrinə əsasən bu qənaətə gəlib.

• Sorğuya qatılan respondentlərin 90 faizi qlobal istiləşməni bəşəriyyət üçün real təhlükə adlandırıblar. Maraqlıdır ki, bu qlobal təhlükənin mövcudluğu barədə daha çox əvvəllər ağır təbii fəlakətlərlə üzləşmiş ölkələrin sakinləri daha məlumatlıdır. Çexiya vətəndaşlarının 99 faizi, Çin, Rusiya, Portuqaliya və Tailand vətəndaşlarının isə 98 faizi qlobal istiləşməni bəşəriyyət üçün real təhlükə kimi qiymətləndirib. Qitələr üzrə bölgüdə isə Avropa və Latın Amerikası ölkələri vətəndaşlarının qlobal istiləşmə barədə məlumatlı olduğu və təhlükəni daha real dəyərləndirdiyi üzə çıxıb. Şimali Amerika və Yaxın Şərq ölkələrinin sakinləri isə bu problem barədə daha az məlumata malikdirlər və bu təhlükəyə görə çox da narahat deyillər. Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının 16 faizi, ABŞ vətəndaşlarının 13 faizi, Malayziya sakinlərinin isə 11 faizi ümumiyyətlə qlobal istiləşmə barədə heç bir məlumata malik olmadığını deyib.

• Yer kürəsində yaşayan vətəndaşların tam yarısı hesab edir ki, qlobal istiləşmə insan faktoru üzərində qurulmuş, insan fəaliyyətinin nəticəsi olaraq meydana çıxan problemdir. Respondentlərin 43 faizi isə bu təhlükənin təbii proseslərlə insan fəaliyyətinin "birgə əməyinin məhsulu" adlandırıb.

• ABŞ-ın "Pew Research Center for the People & the Press" mərkəzinin keçirdiyi sorğunun nəticələri isə tam fərqli nəticələr üzə çıxarıb. ABŞ-da keçirilən sorğuya qatılan vətəndaşların 77 faizi qlobal istiləşmə adlanan prosesin mövcudluğunu təsdiqləyən faktların olduğunu düşünür. Respondentlərin 47 faizi qlobal istiləşməyə görə insanları, 20 faizi isə təbiəti günahlandırıb, amerikalıların 16 faizi isə ümumiyyətlə qlobal istiləşmə deyilən məfhumun mif olduğunu deyiblər. Problemin mövcudluğun təsdiqləyən respondentlərin 73 faizi qlobal istiləşməni ciddi təhlükə adlandırıb, 81 faiz isə hesab edir ki, bu təhlükədən qurtarmaq üçün bütün ölkələrin hakimiyyət orqanları öz səlahiyyətləri daxilində təcili tədbirlər görməlidir.

• Keçirilən sorğu daha bir maraqlı məqamı üzə çıxarıb. Sorğu nəticəsində məlum olub ki, amerikalıların qlobal istiləşmə probleminə münasibəti təhsil səviyyəsindən və siyasi mənsubiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Təhsil səviyyəsi daha yüksək olan ABŞ vətəndaşını Yer kürəsinin "hərarətinin artması" daha çox narahat edir. Bundan başqa liberal dünyagörüşünə malik Demokrat Partiyasının tərəfdarları qlobal istiləşmə adlanan prosesin mövcudluğuna 100 faiz inanır, mühafizəkar Respublikaçılar Partiyasının tərəfdarları isə bu qlobal problemin olmasına şübhə ilə yanaşırlar.

• Qlobal istiləşmə artıq uzun illərdir ki, aclıq, işsizlik, nüvə silahının yayılması kimi qlobal təhlükələr siyahısına daxil edilsə də, dünya dövlətləri bu təhlükəyə qarşı heç də eyni səviyyədə mübarizə aparmır. Climate Action Network ekoloji təşkilatı dövlətlərin qlobal istiləşməyə qarşı apardığı mübarizənin səviyyəsinə görə reytinq cədvəlini tərtib edib. Reytinq siyahısına 56 dövlətin adı daxil edilib.

• Yerin səthində istiləşmənin əsas səbəbi karbon anhidridi tullantıları hesab olunur, dünyada karbon anhidridi tullantılarının 90 faizi məhz reytinq siyahısına daxil edilən 56 ölkənin payına düşür.

• Bu göstəriciyə görə qlobal istiləşməyə qarşı ən yaxşı mübarizə aparan dövlətlərin siyahısına İsveç, Böyük Britaniya, Danimarka, Malta və Almaniya başçılıq edir. Postsovet ölkələri arasında ən yaxşı göstərici Latviyaya məxsusdur – 11-ci yer. Litva 17-ci, Estoniya 30-cu, Belarus 37-ci, Rusiya 42-ci, Ukrayna 44-cü, Qazaxıstan 52-ci yerdədir. Reytinq cədvəlində son yerləri ABŞ, Səudiyyə Ərəbistanı, Malayziya və Çin tutur. Ekoloqlar Fransanın bu sahədə gördüyü işləri məqbul dəyərləndirərək, bu ölkəni 12-ci yerə layiq görüblər. Siyahıda Yaponiya 26-cı, Polşa 27-ci, İspaniya 38-ci, İran 49-cu, Kanada 51-ci yerdə qərarlaşıb.

APA Azeri Press Agency
05 Fevral 2007



Azərbaycanıda qlobal istiləşmənin fəsadları

Bununla bağlı hansı görülmüş və zəruri tədbirlər mövcuddur?

 

 
Qlobal istilik RƏQƏMLƏRDƏ
(bu rəqəmlər 25 yanvar 2008-ci il üçün həqiqidir)

Fluoresyent işıq lampası

Hidrogen yanacaqlı velosiped
Çin hidrogenlə işləyən infrastrukturu digər dövlətlərə nisbətən daha tez qura bilər. Amerikanın General Motors şirkəti hidrogen avtomobillərini orada satmağı planlaşdırdığı halda, daha kiçik olan  Pearl Hydrogen artıq velosipedlər istehsal edir.
Əfsuslar ki, velosipedlər hələ ki, çox bahadır. Amma, firmanın nümayəndələri deyir ki, kütləvi istehsala başlanandan sonra onun qiyməti $2500-dan $500 kimi düşə bilər. Velosiped saatda 15 mil olmaqla 60 mil gedə bilir. Hidrogen yanacağı qurtardıqdan sonra isə onu adi velosiped kimi də sürmək olur.

"Təbiətə bir
toxunuş bütün
dünyanı qohum edir
".

Uilyam Şekspir

Orta Amerikanlı ildə 9.44 ton CO2 ixrac edir

Copyright © 2008 Digital Development - mail@didev.org
Müəllif hüquqları Rəqəmsal İnkişaf İçtimai Birliyinə məxsusdur.