“RƏQƏMSAL İNKIŞAF” Azərbaycanın qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır və əsas məqsədi cəmiyyətin inkişafına nail olmaq və kasıbçılığı aradan qaldırmaq üçün İnformasiya və Kommunikasiya Texnologiyalarının üstünlüklərindən istifadə edərək milli internet resurslarını yaratmaq və inkişaf etdirməkdir. İB 2006-cı ilin ynavar ayında Bakıda yaradılıb və 29 sentyabr 2006-cı ildə Ədliyyə nazirliyində qeydiyyatdan keçib. Daha ətraflı məlumat
www.didev.org və ya bizimlə əlaqə saxlayın: mail@didev.org
FƏALİYYƏT SAHƏSİ
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI (IKT)
Kasıbçılığın aradan qaldırılması və cəmiyyətin inkişafı üçün İKT-nin istifadəsi; gənclərin, xüsusən də, gənc qızların iştirakının təmin edilməsi;
KASIBÇILIQLA MÜBARİZƏ
İKT-nin insan hüquqları, layiqli təhsil, icmaların inkişafı, hüquq təhsili, özünə və başqalarına kömək məqsədilə istifadəsi; gənclərin, xüsusən də gənc qızların bu fəaliyyətlərə cəlb olunması;
GƏNCLƏR DAHA YAXŞI DÜNYA ÜÇÜN
Təmiz ətraf mühit, firavan həyat, İKT-dən istifadə etməklə daha maraqlı siyasət
PROQRAM/ALƏTLƏR HAZIRLANMASI VƏ KİÇİK BİZNES
Missiyamıza çatmağa kömək və işimizin davamlı olmasını təmin edə bilən proqramlarin hazırlanması və layihələrin yerinə yetiriliməsi;
- Internet səhifələrin hazırlanması;
- Proqram təminatı;
- Internet resursların yaradılması və inkişafı;
- Digər İKT həlləri;
- Biznes fəaliyyəti.
MISSIYAMIZ
“RƏQƏMSAL İNKİŞAF” təşkilatının missiyası elə bir rəqəmsal dünya yaratmaqdır ki, onun formalaşmasında cəmiyyətin ehtiyaclı və aztəminatlı hissələri, əsasən də gənclər və gənc qadınlar iştirak etsin və yararlana bilsinlər.
“RƏQƏMSAL İNKİŞAF”NİYƏ VƏ NƏ CÜR
IKT Azərbaycanda prioritet sahələrdən biri olduğu üçün “RƏQƏMSAL İNKİŞAF” təşkilatı yeni texnologiyaların üstünlüklərindən iqtisadi, sosial və siyasi inkişaf naminə bir mexanizm kimi istifadə edilməsinin tərəfdarıdır və bu haqda biliklərin artırılması üçün öz resurslarını səfərbər edir.
İKT-dən istifadə həm öyrədə, həm əyləndirə, həm də həyatımızı zənginləşdirə bilər. O, həm də, bizlərə digər vasitələrlə birlikdə BMT-nin Minilliyin məqsədlərinə çatmağa yardımçı olar. “RƏQƏMSAL İNKİŞAF” təşkilatı rəqəmsal dünyanın yaradılması naminə işləyəcək və çalışacaq ki, hamı ondan istifadə edə bilsin
“RƏQƏMSAL İNKİŞAF” etiraf edir ki, İKT inkişaf üçün bir vasitədir və insanlara həyatlarını müsbət səmtdə dəyişməyə kömək edər. Insanlara imkan vermək lazımdır ki, İKT-nin onların həyatını necə dəyişməyə kömək edəcəyinə və kasıbçılığın aradan qaldırılmasına dair debatlarda iştirak etsinlər.
“RƏQƏMSAL İNKİŞAF” İKT-nin vətəndaş cəmiyyətinin inkişafında da danılmaz rol oynayacağını başa düşür və bunun üçün işlər görür. Bu elə bir dinamik sahədir ki, müvəffəqiyyət bacarıq və praktik təcrübədən asılıdır. Vətəndaş cəmiyyəti fəalları informasiya texnologiyalarından (xüsusilə də internet) istifadə etməyi və yararlanmağı bacarmalıdır. Bu sahədə “RƏQƏMSAL İNKİŞAF” təşkilatlara yardımçı olmaq istəyir ki, onlar texniki biliklərə yiyələnərək, kütləvi məktub göndərmə (listserves), internet səhifəsinə sahib olma, məlumat bazalarının yaradılmasına nail olma, vətəndaş kampaniyalarının aparılması üçün multimedia xidmətlərindən yararlanma, təlim və informasiya xidməti və idarə etməsi və s. sahələrdə daha effektiv surətdə iş görə bilsinlər.
“RƏQƏMSAL İNKİŞAF” İKT-dən istifadə etməklə ətraf mühitin qorunmasına da yardımçı olmaq istəyir. Kasıbçılıq, İKT və ətraf mühit qorunması arasında bir bağlılıq var. “RƏQƏMSAL İNKİŞAF” İKT-dən istifadə etməklə ətraf mühitin qorunması və kasıbçılığın aradan qaldırılması sahəsində yeni yanaşmalar axtarışındadır. BMT-nin Minilliyin Məqsədləri çərçivəsində isə kasıbçılığın azaldılması və ətraf mühitin qorunması məsələsi İ MƏQSƏD (kasıbçılığın aradan qaldırılması) və 7 MƏQSƏD (ekoloji davamlılığ) ilə İKT istifadə olunması ilə bağlı iş görməyi planlaşdırmaqdadır.
“RƏQƏMSAL İNKİŞAF” qadın və gənclərin İKT bilikləri və sahibkarlıq bacarıqlarına yiyələnməklə inkişaf prosesinə cəlb edilməsinin tərəfdarıdır və bu sahədə işlər görməkdədir.
Gəncləri siyasətə cəlb edən onlayn siyasi və ictimai debatlar, İKT-nin bu sahədə daha effektli istifadəsi onları formal siyasətdən uzaqlaşmadan ayıra bilər və real siyasi proseslərdə iştiraklarını təmin edər.
“RƏQƏMSAL İNKİŞAF” həmçinin missiyamıza çatmağa kömək edə biləcək müxtəlif təhsil proqramlarının, internet səhifələrinin, utilitlərin və. s. hazırlanmasıni da üzərinə götürür. Təşkilat məqsədlərinə çatmaq və maliyyə stabilliyini və davamlılığını təmin etmək üçün biznes təşkilatlarına pullu xidmət də göstərəcəkdir.
|