İqlim dəyişmələri ilə bağlı son 30 ildə Azərbaycanda anomal hidrometeoroloji hadisələr iki dəfə artıb. Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 1961-ci ildən 2001-ci ilə qədər Azərbaycanda orta temperatur 0,7 dərəcə artıb. Son 12 ildə Azərbaycanda 100 ilin istisi qeydə alınıb. 2000-ci ildə Azərbaycanda rekord göstərici-müsbət 46 dərəcə isti qeydə alınıb. O bildirib ki, bu temperaturun yüksəlməsi və yağıntıların paylanmasında gözlənilən dəyişiklik Azərbaycanda su resurslarına öz təsirini göstərəcək. «Sahilyanı ərazilər bu iqlim dəyişikliyə daha həssasdır. Yaxın gələcəkdə 2040 ci ilə qədər Xəzər dənizinin səviyyəsi təxminən 150 sm artması gözlənilir».
ANS TV