Ana Səhifə Blog

ANA SƏHİFƏ

HAQQIMIZDA

MƏQALƏLƏR

AKSİYALAR

XƏBƏRLƏR

ŞƏKİLLƏR

QLOBAL İSTİLƏŞMƏ

MEDİA HAQQIMIZDA

2050-ci ildə 2 milyard insan suzuz qalacaq

2050-ci ildə dünyada 2 milyard insan sudan məhrum olacaq, 30 il sonra da 3 milyard insan istifadə olunan su qaynaqlarını itirəcək. İsveçin paytaxtı Stockholmda "Dünya Su Həftəsi Forumu"nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan "İqlim dəyişiklikləri və su" mövzulu hesabatına görə, dünyadakı iqlim dəyişiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə, 2050-ci ildə dünyada iki milyard insan sudan məhrum oalacaq, 30 il sonra da 3 milyard insan istifadə edə biləcəyi su ehtiyyatlarını itirəcək.

Dünya Su Həftəsi Forumuna təqdim edilən BMT hesabatını tanıdan Hollandiyalı səlahiyyətli Michael van deyər Valk, iqlim dəyişikliklərinin su qaynaqlarına da təsir etdiyini bildirdi. Məqsədi, dünyada su mövzusunda yaşanan vəziyyətin ciddiliyini qərar verici vəziyyətində olan siyasətçilərə daha detallı göstərmək və həll axtarışlarını sürətləndirmək olduğunu söyləyən Michael van deyər Valk, yağmurların azalmasıyla bir çox ölkədə su ehtiyatlarının quruduğunu izah etdi. Hesabata görə, dünya əhalisi ilə birlikdə əkinçilik və sənaye istehsalı artır, dünyanın iqtisadiyyatı böyüyür ancaq su qaynaqları sürətlə tükənir.

Hesabatda ayrıca xülasəylə bu başlıqlar yer almışdır:
Dünya əhalisinin yüzdən 20%-ni təşkil edən 30 ölkə su çətinliyi ilə qarşı-qarşıya durur. 2025-ci ildə isə bu ölkə sayı 50-yə catacaq və dünya əhalisinin yüzdə 25-i su çətinliyi ilə üz-üzə gələcək.

Dünyada 1950-ci illərə görə su ehtiyatları yüzdə 15 ilə 30 nisbətində azalmışdır. Buna qarşılıq 2050-ci ildə isə su ehtiyyatı bu günkündən yüzdə 50 çox olacaq. İqlim dəyişiklikləri su ehtiyatlarına da təsir etdiyi üçün, dəyişikliklər qlobal böhrana səbəb olacaq.

Forumda təqdim edilən bildirilərə görə, Şimali Avropa ölkələrindəki adam başı su istehlakı, digər Avropa ölkələrindən iki dəfə artıqdır. İnkişaf etməkdə olan ölkələrdə isə su istehlakı çox aşağıdır.

Məlumatlara görə, inkişaf etmiş bir ölkədə doğan uşaq, inkişaf etməkdə olan bir ölkədə doğan uşağa görə yüzdə 30 daha çox su xərcləyir. Dünyada hal-hazırda olan suyun yüzdə 97.5-i duzlu sulardan meydana gəlir. Şirin suyun nisbəti isə yalnız yüzdə 2.5%-dir. Şirin suyun yüzdə 70%-i qütblərdə donmuş halda, yüzdə 30-u isə yeraltındadır.

Ümumiyyətlə xəstəliklərin yüzdə 88%-i təmiz olmayan içməli sudan və qeyri-kafi gigiyenik şərtlərdən qaynaqlanır. Bu da inkişaf etməkdə olan ölkələrdə ildə 5 milyard gün iş itkisi mənasını verir.

Dünyada 2.5 milyard insan tualet ehtiyacını uyğun şərtlərdə aradan qaldıra bilmir, bu da ildə 1.4 milyon, gündə 5 min uşağın qarşısı alına bilən ishaldan ölümünə səbəb olur.

Məlumatlara görə, ABŞ-da qidaların yüzdə 30-u zibilə atılır. Bu 40 trilyon litr su, yəni 500 milyon insanın su ehtiyacı mənasını verir.

İnkişaf etməkdə olan ölkələrdə sənaye tullantılarının yüzdə 70-i suya qarışır. Ayrıca Asiyadakı bütün çaylar Avropada isə 5 çay da buna aiddir.

Stockholm Su İnstitutunun dəstəyiylə 1991-ci ildən bu yana təşkil edilən Dünya Su Həftəsi Forumuna 140 ölkədən 2000 araşdırmaçı, sənayeçi və siyasətçi qatılır. Forumda, iştirakçılar daha təmiz və sağlam bir ətraf üçün əməkdaşlığı ön planda tutur və dəyişən iqlim şəraitində daha təmiz bir dünya ilə birlikdə həddindən artıq su istifadəsininin qarşısını alma yönlü tədbirlər təşkil olunur.


İqlim Dəyişikliyi ilk baxışda

İqlim dəyişikliyinin səbəbləri

Gələcək Üçün Məntiqi Nəticə

 
Qlobal istilik RƏQƏMLƏRDƏ
(bu rəqəmlər 25 yanvar 2008-ci il üçün həqiqidir)


Fluoresyent işıq lampası


Hidrogen yanacaqlı velosiped
Çin hidrogenlə işləyən infrastrukturu digər dövlətlərə nisbətən daha tez qura bilər. Amerikanın General Motors şirkəti hidrogen avtomobillərini orada satmağı planlaşdırdığı halda, daha kiçik olan Pearl Hydrogen artıq velosipedlər istehsal edir.Əfsuslar ki, velosipedlər hələ ki, çox bahadır. Amma, firmanın nümayəndələri deyir ki, kütləvi istehsala başlanandan sonra onun qiyməti $2500-dan $500 kimi düşə bilər. Velosiped saatda 15 mil olmaqla 60 mil gedə bilir. Hidrogen yanacağı qurtardıqdan sonra isə onu adi velosiped kimi də sürmək olur.

 

"Təbiətə bir
toxunuş bütün
dünyanı qohum edir
".

Uilyam Şekspir

Orta Amerikanlı ildə 9.44 ton CO2 ixrac edir.

Copyright © 2008 Digital Development - mail@didev.org
Müəllif hüquqları Rəqəmsal İnkişaf İçtimai Birliyinə məxsusdur.