Ana Səhifə Blog

ANA SƏHİFƏ

HAQQIMIZDA

MƏQALƏLƏR

AKSİYALAR

XƏBƏRLƏR

ŞƏKİLLƏR

QLOBAL İSTİLƏŞMƏ

MEDİA HAQQIMIZDA

Indi atmosferdə keçən 650 000 ildəkindən daha çox CO2 var. Yerin iqlim tarixinin tədqiqatları göstərir ki, hətta CO2 səviyyələrində baş verən xırda dəyişikliklər belə, ümumi olaraq, qlobal orta hərarətdə əhəmiyyətli dəyişikliklər əmələ gətirmişdir. Alimlər gözləyir ki, istixana qazı çirklənməsini azaltmaq üçün effektiv siyasətin olmadığı halda, qlobal orta hərarət 2100-cü ilə kimi daha 2.0 Farenhayt şkalası üzrə artaraq 11.5 dərəcə Farenhayta çatacaq. Hətta əgər hərarət dəyişikliyi verilən proqnozların kiçik hissəsi qədər olsa belə, iqlimdə baş verən dəyişikliklərin ciddi olacağı gözlənilir: daha güclü tufanlar, quraqlıqlar, dənizlərin səviyyəsinin artması nəticəsində aşınmaya (eroziya) məruz qalan sahilboyu ərazilər. Verilən proqnozlar özünü tam doğruldarsa, onda dünya qəfil və qarşısı alınmaz fəlakətlərlə üz-üzə qala bilər.

Bunu bilmək maraqlıdır

Farenhayt şkalasından Selsi şkalasına keçmək üçün nəticə rəqəmdən 32 çıxılır və 5/9 –a vurulur. Selsi şkalasından Farenhayt şkalasına keçmək üçün nəticə rəqəmini 9/5-ə vuraraq üzərinə 32 əlavə edilir.

Farenhayt şkalası ABŞ-da qəbul edilib. Farenhayt üzrə buzun ərimə hərarəti +32 F-a, suyun qaynama hərarəti isə +212 F-a bərabərdir.


Siz bu səkillərin köməyi ilə aldığınız hər bir qida məhsulunun üzərində həmin işarələri tapmaqla, onların təbiətə nə dərəcədə ziyan vurub vurmayacağını aydınlaşdıra bilərsiniz.
Made from materials grown without the use of harmful synthetic 
chemicals - 
Zərərli sintetik kimyəvi preparatlardan istifadə edilmədən əldə olunan materiallardan hazırlanıb.
Made from materials grown in a way that sustains natural resources, 
allowing 
us to meet the needs of the present without impairing 
the ability of future generations to meet their needs
- İndiki nəslin ehtiyaclarını ödəmək ücün gələcək nəsillərin ehtiyaclarını qarşılamağa lazım olan ehtiyatlara ziyan vurmağa bizə imkan verməyən
və tərkibi təbii olan materiallardan hazırlanıb.
Made out of high-quality recycled materials - Yenidən emal olunan 
yüksək keyfiyyətli materiallardan hazırlanıb
Made in a way that contributes little or no impurity to our air, 
water or soil - Bizim havamıza, suyumuza və ya torpağımıza azacıq 
və ya heç ziyan verməyən üsulla hazırlanıb.


2050-ci ildə 2 milyard insan suzuz qalacaq

2050-ci ildə dünyada 2 milyard insan sudan məhrum olacaq, 30 il sonra da 3 milyard insan istifadə olunan su qaynaqlarını itirəcək. İsveçin paytaxtı Stockholmda "Dünya Su Həftəsi Forumu"nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan "İqlim dəyişiklikləri və su" mövzulu hesabatına görə, dünyadakı iqlim dəyişiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə, 2050-ci ildə dünyada iki milyard insan sudan məhrum oalacaq, 30 il sonra da 3 milyard insan istifadə edə biləcəyi su ehtiyyatlarını itirəcək.
[ ətraflı ]

Qlobal İstiləşmənin Səbəbləri.
İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstilik deyilir. Daha ətraflı açıqlamaq lazım olsa dünyanın səthi günəş şüaları tərəfindən isidilir. Dünya bu şüaları təkrar atmosferə əks etdirir amma bəzi şüalar su buxarı, karbondioksid və əmtəən qazının dünyanın üzərində meydana gətirdiyi təbii bir örtü tərəfindən tutulur.

Qlobal istiləşmə nədir?
Bu da yer üzünün kifayət qədər isti qalmasını təmin edir. Amma son vaxtlar qalıq yanacaqların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və cəmiyyətlərdəki istehlak meylinin artması kimi səbəblərdən atmosferdə karbondioksid, əmtəən və diazot monoksit qazların yığılmasını arıtır. Alimlərə görə bu artım qlobal istiləşməyə səbəb olur. 1860-dən günümüzə qədər tutulan qeydlər, ortalama qlobal istiliyin 0.5 ilə 0.8 dərəcə arasında artdığını göstərir. Alimlər son 50 ildəki istilik artımının insan həyatına gözə çarpacaq dərəcədə təsir etdiyinin fikirindədirlər.
[ ətraflı ]


Təbii Səbəblər: günəşin təsiri, dünyanın presizyon hərəkəti.

[ ətraflı ]

Süni səbəblər: qalıq yanacaqlar, istixana qazlarının meydana gəlməsi, istixana təsirinin əhəmiyyəti, istixana qazları: karbondioksid (CO2), istixana qazları: metan(CH4), istixana qazları: azotoksit və su buxarı,

[ ətraflı ]



Orta Amerikanlı ildə 9.44 ton CO2 ixrac edir

"Təbiətə bir
toxunuş bütün
dünyanı qohum edir
."

Uilyam Şekspir


Bir neçə saatı, yaxud bir neçə günü meşədə, bataqlıqda, ya da çay kənarında keçirməyi, heç zaman boş vaxt itgisi kimi hesab etməmişəm.
Cimi Karter (Jimmy Carter)



Copyright © 2008 Digital Development - mail@didev.org
Müəllif hüquqları Rəqəmsal İnkişaf İçtimai Birliyinə məxsusdur.